16 C
Baku
Friday, April 12, 2024

2022-də Azərbaycanda 12 minə yaxın iş yeri bağlanıb – Rəsmi

2022-ci il ərzində ölkədə 11.9 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 39.3 faizi qeyridövlət sektorunun payına düşmüşdür.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İş yerlərinin 57.3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42.7
faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

Onu da qeyd edək ki, 2022-ci il ərzində ölkədə 71.3 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 91.4 faizi qeyridövlət sektorunda açılmışdır.

Son xəbərlər
Digər xəbərlər