27 C
Baku
Tuesday, May 28, 2024

2023-ci ilin ən çox maaş alan futbolçusu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2023-cü ildə dünyanın ən çox maaş alan futbolçuları siyahısında birinci yeri tutub.

“Forbes” biznes jurnalının versiyasına görə, portuqaliyalı futbolçu 2023-cü ildə 260 milyon dollar qazanıb ki, bunun da 200 milyon dolları onun maaşı və bonuslarının payına düşüb, 60 milyon dollar isə sponsorluq müqavilələrindən əldə edilib.

Ən çox maaş alan futbolçular siyahısında ikinci yerdə 135 milyon dollarla “İnter Mayami”nin hücumçusu Lionel Messi, üçüncü yerdə isə 112 milyon dollarla “Əl-Hilal”ın hücumçusu Neymar qərarlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər