2023-cü ilin əvvəlindən Rusiyanın ən varlı iş adamlarının sərvəti 13.17 milyard dollar artıb.
Banker.az xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nə görə, hazırda 22 rusiyalı dollar milyarderidir və onların ümumi sərvəti 276.7 milyard dollar qiymətləndirilir.
Belə ki, ən varlı rusiyalı “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanindir, onun sərvəti ilin əvvəlindən 448 milyon dollar artaraq 29 milyard dollar təşkil edib.
İkinci yeri “Novatek”in həmsahibi Leonid Mixelson tutur -26.3 milyard. BBI-nin məlumatına görə, o, 1.65 milyard dollar zənginləşib.
Üçüncü sırada NLMK-nın benefisiarı Vladimir Lisindir. Onun sərvətinin 1.17 milyard dollar (21 milyard dollara qədər) artdığı təxmin edilir.
Qeyd edək ki, dünyanın ən zəngin 500 adamının arasında 22 rusiyalı var.