18 C
Baku
Monday, September 16, 2024

2023-cü il büdcəsinin gəlir və xərcləri açıqlanıb

2023-cü il büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30.7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5.2 faiz, 2021-ci illə müqayisədə isə 16.4 faiz çoxdur.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33.3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1.0 milyard manat, 2021-ci illə müqayisədə isə 5.9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər