9 C
Baku
Friday, December 27, 2024

“2023-cü ildə Almaniyanın dövlət büdcəsinin kəsiri gözləniləndən iki dəfə çox olacaq”

2023-cü ildə Almaniyanın dövlət büdcəsinin kəsiri ÜDM-in 4,5 %-ni təşkil edəcək ki, bu da öncə təxmin ediləndən iki dəfə çox olacaq.

Bu barədə Almaniya Maliyyə Nazirliyinin hazırladığı sənədə istinadən “Der Spiegel” nəşri məlumat yayıb.

Bildirilib ki, kəsirin artmasına səbəb qaz və elektrik enerjisinin bahalaşmasının qarşısını almaq üçün dövlət tərəfindən əhaliyə və iqtisadiyyata dəstək tədbirləridir. Büdcə kəsirinin 2024-cü ildə 2 %-ə, növbəti iki ildə isə 1,5 %-ə düşəcəyi gözlənilir. “Der Spiegel” yazıb ki, bu, dövlət yardımının məhdud xarakter daşıması və hazırkı planlara görə, 2024-cü ildə başa çatması ilə əlaqədardır.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, söhbət federal hökumətin büdcə kəsirindən gedir. “Der Spiegel”ə görə, federal əyalətlərin, bələdiyyələrin və sosial müdafiə fondlarının büdcələri ya balanslaşdırılıb ya da artıqlıdır. Gələn il borcun ÜDM-ə nisbəti 70 %-ə yüksələcək, 2024-cü ildə isə 68,5 %-ə düşəcək. 2025-ci ildə bu rəqəmin 67,5 %, bir ildən sonra isə 67 %-dən bir qədər çox olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər