28 C
Baku
Saturday, July 27, 2024

2023-cü ildə Bundesverin obyektləri üzərində 450-yə yaxın dron aşkar edilib

Almaniya Bundesverinin obyektləri və hərbi təlim poliqonları üzərində və ya onların bilvasitə yaxınlığında dronların aşkarlanması ilə bağlı məlumatların sayı xeyli artıb.

Bu barədə ARD telekanalı məlumat yayıb.

Məlumata görə, 2021-ci ilin sentyabr-dekabr ayları arasında cəmi 9 belə hal qeydə alınıb. 2022-ci ildə ümumilikdə 172 analoji hal qeydə alınıbsa, 2023-cü ildə artıq 446 dron izlənməsi aşkarlanıb.

Eyni zamanda, xarici kəşfiyyat xidmətlərinin məlumat əldə etmək üçün bütün mövcud texniki vasitələrdən istifadə etdiyi iddia edilir. “WDR və NDR teleradioşirkətlərinin məlumatına görə, indiyədək dronlardan istifadə edilməklə Rusiyanın casusluq fəaliyyəti aparmasına dair təsdiqlənmiş cəhdlər olmayıb”, – telekanal qeyd edir.

Son xəbərlər
Digər xəbərlər