27 C
Baku
Saturday, July 27, 2024

2023-cü ildə hərracda satılan ən bahalı avtomobillər – Siyahı

Noyabrın 13-də Nyu-Yorkda RM Sotheby’s hərracında Scaglietti-nin 1962-ci il istehsalı olan Ferrari 330 LM/250 GTO avtomobili 51.7 milyon dollara satılıb. Antik yarış avtomobili indiyə qədər hərracda satılan ən bahalı Ferrari və 2023-cü ildə ictimaiyyətə satılan ən bahalı avtomobil olub.

2023-cü ildə hərraclarda satılan ən bahalı 5 avtomobilə aşağıdakılar daxildir:

1. 1962-ci il istehsalı Ferrari 330 LM/250 GTO, 13 noyabrda 51.7 milyon dollara satılıb.

2. 1967-ci il istehsalı Ferrari 412P Berlinetta, 17 avqustda 30.2 milyon dollara satılıb.

3. “Formula -1″in Mercedes-i noyabrın 17-də 18.8 milyon dollara satılıb.

4. 1962-ci il istehsalı Ferrari 250 GT SWB California Spider, martın 2-də 18 milyon dollara satılıb.

5. 1964-cü il istehsalı Ferrari 250 LM, 5 iyulda 17 milyon dollara satılıb.

Qeyd olunur ki, ən yüksək qiymətə satılan on avtomobildən yeddisi Ferrari-dir. Xatırladaq ki, Ferrari oktyabr ayında ABŞ-da avtomobilləri üçün kriptovalyuta ödənişlərini qəbul etməyə başlayıb və gələn ilin birinci rübünə qədər yeni satış sxemini Avropaya, daha sonra kriptovalyutanın qanuni olduğu digər bölgələrə genişləndirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər