2023-cü ildə ÜDM-un həcmi 50 mlrd. dollara çatacaq

US dollars at the money changer in Toa Payoh Central on 21 March 2017.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2020-2023-cü illərdə Azərbaycanda Ümumi daxili məhsulun (ÜDM) orta illik artımını 2,3% səviyyəsində proqnozlaşdırır.

Agentliyin proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda ÜDM-nin real artımı 1,7% təşkil edəcək, 2021-ci ildə 3,2%-dək sürətlənəcək, 2022-2023-cü illərdə illik 2,2% səviyyəsində sabitləşəcək.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

2020-ci ildə ÜDM-nin nominal həcmi 46 milyard, 2021-ci ildə 46 milyard, 2022-ci ildə 48 milyard, 2023-cü ildə 50 milyard dollar təşkil edəcək.

Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə tədiyə balansının profisiti ÜDM-nin 6,1%-ni, 2021-2022-ci illərdə 5,8%-ni, 2023-cü ildə 5,3%-ni təşkil edəcək.

2020-ci ildə Azərbaycanın xarici ticarətdə profisiti ÜDM-nin 15,5%-ni, 2021-ci ildə 15,2%-ni, 2022-ci ildə 15,3%-ni, 2023-cü ildə 15%-ni təşkil edəcək.

S&P agentliyinin proqnozlarına görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ÜDM-nin 19,6%-ni, 2021-ci ildə 18,7%-ni, 2022-ci ildə 18,4%-ni, 2023-cü ildə 18,2%-ni təşkil edəcək.

Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin 3%, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1%, 2023-cü ildə 3,2% artacağını proqnozlaşdırır. Beləliklə, hökumətin qiymətləndirmələrinə görə, bu dövrdə ÜDM-nin orta illik artımı 3,21% təşkil edəcək.

2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.

©Interfaks-Azərbaycan


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları