12 C
Baku
Wednesday, December 11, 2024

2023-cü ildə ən böyük gəlir əldə edən banklar hansıdır? – RENKİNQ

Azərbaycanda kommersiya bankları 2023-cü il ərzində 4  mlrd. 861.1 mln. gəlir əldə ediblər və bu illik müqayisədə 23% artım deməkdir. 2022-ci ildə banklar 3 mlrd. 954.82 mln. manat gəlir əldə etmişdilər.

Banker.az-ın tərtib etdiyi renkinqə “Kapital Bank” ASC liderlik edir.  Bank 2023-cü ildə cəmi gəlirlərini illik müqayisədə 18 faiz artırmaqla 1 mlrd. 180.37 mln. manata yüksəltməyi bacarıb.

Sırada ikinci dövlətin ABB-sidir. Bank ötən il ərzində gəlirlərini illik müqayisədə 31 faiz artırmaqla 1 mlrd. 21.79 mln. manata yüksəldib. Üçlüyü 669.7 mln. manatla “PAŞA Bank” ASC qapadır.

TOP10-luğun gəlirlərinin həcmi ümumilikdə 4 mlrd. 235.7 mln. manat olub.

435435435534 1

Son xəbərlər
Digər xəbərlər