9 C
Baku
Sunday, November 17, 2024

“2023-cü ildə Aİ-nin qaz idxalında Rusiyanın payı 15%-ə qədər azalıb”

Ötən ilin sonunda Rusiyadan qaz tədarükü Aİ-nin bütün qaz idxalının 15 faizini, bir il əvvəl isə 22 faizini təşkil edib.

Bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Simson vurğulayıb ki, Rusiya Ukrayna ərazisindəki boru kəmərləri vasitəsilə Aİ-yə 14 milyard kubmetr qaz tədarük edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər