Çin 2023-cü ildə Azərbaycandan 30.7 min tona yaxın polietilen idxal edib. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında bildirilir.
Tədarükün dəyəri təxminən $30.4 milyon təşkil edir.
Statistik məlumatlara görə, yanvarda Azərbaycan Çinə $2.69 milyon dəyərində 2.655 min ton, fevralda $4.469 milyon dəyərində 4.5 min ton, martda $0.999 milyon dəyərində 1.012 min ton, mayda $1.14 milyon dəyərində 1.08 min ton, iyunda $9.292 milyon dəyərində 9.045 min ton, iyulda $2.51 milyon dəyərində 2.565 min ton, avqustda $3.256 milyon dəyərində 3.42 min ton, sentyabrda $5.262 milyon dəyərində 5.647 min ton, oktyabrda $0.752 milyon dəyərində 0.81 min ton polietilen ixrac edib.
Ötən ilin müvafiq dövrü üzrə məlumatlar təqdim edilmir.