2 C
Baku
Sunday, December 15, 2024

2023-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 210 mln. manatı ötəcək

Növbəti ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri cari ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə işsizlikdən sığorta haqqı üzrə daxilolmalar hesabına artımla nəzərdə tutulsa da, bu daxilolmaların 2022-ci ilin sonuna gözlənilən icra göstəricisindən az proqnozlaşdırılması mövcud potensialın tam nəzərə alınmadığını göstərməklə həmin mənbə üzrə gəlirlərin artırılması potensialını qeyd etmək imkanı verir.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “İşsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə rəy”ində deyilir.

Qanun layihəsinə əsasən 2023-cü ildə Fondun gəlirləri 212,7 mln. manat nəzərdə tutulmuşdur ki, bu da Fondun 2021-ci ilin icra göstəricisindən 8,0%, 2022-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə isə 17,3% çoxdur. Qanun layihəsinə əsasən Fondun növbəti ildə gəlirlərinin 75,0%-i işsizlikdən sığorta haqqının, 24,9%-i əvvəlki ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin, 0,1%-i isə sair gəlirlərin hesabına formalaşacaq.

Son xəbərlər
Digər xəbərlər