2023-cü ildə Rusiya Federasiyasından taxıl ixracı üçün kvota 25.5 milyon ton təşkil edə bilər.
Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.
Nazirlik əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də dövlət fonduna 3 milyon ton həcmində taxıl almağı planlaşdırır.
Nazirlik, həmçinin istehsal və satış xərclərinin bir hissəsini kompensasiya etmək üçün 2023-cü ildə taxıl istehsalçılarına əlavə dəstək verməyi planlaşdırır.