Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə flayerlər hazırlanıb.
Banker.az 2023-cü ildə Vergi Məcəlləsinə edilmiş dəyişikləri təqdim edir.
– Aqrar emal fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsal sahəsi üzrə əlavə vergi təşviqləri verilmişdir
– Azadolma və güzəştlərin əhatə dairəsi genişləndirilmişdir
– Kommersiya və (və ya) vergi sirri hesab olunmayan məlumatların siyahısı genişləndirilmişdir
– İdxal ediləcək mallar barədə məlumat formasını təqdim edən subyektlər dəqiqləşdirilmişdir
– Dövlətə və ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilmişdir
– Maliyyə sanksiyalarında dəyişikliklər edilmişdir
– Nəzarət olunan xarici müəssisə barədə
– Sosial xarakterli güzəştlər artırılmışdır
– Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti artırılmışdır
– Bank hesabları üzrə aparılan əməliyyatlar barədə
– “ƏDV geri al” sistemində dəyişikliklər edilmişdir
– Müəssisənin nizamnamə fonduna əsas vəsaitin pay şəklində qoyulması ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır
– Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması halları dəqiqləşdirilmişdir
– Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilmişdir
– Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin apardığı tibb xidmətləri üzrə yeni tələblər müəyyən edilmişdir
– Texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilmişdir
– Vergi ödəyicilərinin vəzifələrində dəyişikliklər edilmişdir
– Elektron ticarətin vergiyə cəlb edilməsi mexanizmi formalaşdırılacaq