2023-cü ilin dövlət büdcənin icrasına dair hesabat təqribən may ayının ortalarına təqdim ediləcək.
Bunu bu gün keçirilən mətbuat konfransında Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri deyib ki, Maliyyə Nazirliyi artıq hesabatı Hesablama Palatasına təqdim edib: “Hesabat yoxlanır, hesabata rəy may ayının ortasına qədər hazır olacaq”.