2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə bildirilib ki, 2023-cü ildə bu məqsədlə 15.2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1.3 milyard manat və ya 9.3 faiz çoxdur.