21 C
Baku
Saturday, November 2, 2024

2023-cü ilin I rübü Azərbaycandan Gürcüstandakı şəxslərə pul köçürmələr azalıb

Azərbaycandan Gürcüstandakı fiziki şəxslərə pul köçürmələr azalıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilir ki, 2023-cü ilin ilk rübü ərzində Azərbaycandan Gürcüstandakı şəxslərə pul köçürmələrinin həcmi 12 milyon 773 min ABŞ dolları təşkil edib.

Bunun 2022-ci ilin eyni dövrünü nəzərə aldıqda (15  mln. 729 min dollar) cari ildə 2  mln. 956 min dollar və ya 19% azalmadır.

Gürcüstandan Azərbaycana pul köçürmələrinin həcmi isə 5 mln 763 min dollardan 6 mln. 173 min dollara yüksəlib.

Xatırladaq ki, 2023-cü ilin ilk rübündə Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratları 132 mln. 400 min manat və xaricdən Azərbaycana isə 451 mln. 539 min manat olub.

Son xəbərlər
Digər xəbərlər