28 C
Baku
Saturday, July 27, 2024

2023-cü ilin ilk ayında əhali ₼2.4 milyard ərzaq, içki və tütün məmulatlarına xərcləyib

2023-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard
manatlıq, o cümlədən 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2022-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdı.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113.6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117.5 faiz. qeyri-ərzaq məhsulları üzrə 112.2 faiz. əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109.7 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər