2023-cü ilin ilk iki ayında xaricə 37 milyon 726.2 min barrel həcmində xam neft satıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdarın 6% artımı deməkdir. İxrac edilmiş neftin dəyəri isə 3 mlrd. 250.68 mln. ABŞ dolları təşkil edib.
Beləliklə, Azərbaycan neftin hər barelini xaricə ortalama 86.78 ABŞ dollarına ixrac edib. Banker.az-ın sahablamalarına görə, 2022-ci ilin noyabrında 1 barrel 95.52 dollara, dekabrında 93.69 dollara və 2023-cü ilin yanvarında isə 85.36 dollara ixrac edilmişdi.
Neftin ən böyük hissəsi İtaliyaya ixrac edilib. İlin ilk iki ayında İtaliyaya 13.21 mln barrel həcmində nefti 1 mlrd. 157.5 mln. dollara ixrac edilib.
İxrac edilmiş xam neft |
|||
Miqdar, min barrel | Dəyər, mln. USD | USD/bbl | |
Cəmi | 37,726.2 | 3,250.7 | 86.2 |
İtaliya | 13,211.7 | 1,157.5 | 87.6 |
İsrail | 3,856.2 | 331.5 | 86.0 |
İspaniya | 3,104.4 | 273.8 | 88.2 |
Almaniya | 2,851.1 | 248.8 | 87.3 |
Hindistan | 2,352.2 | 201.9 | 85.8 |
Çexiya | 1,879.7 | 162.0 | 86.2 |
Türkiyə | 1,848.2 | 151.9 | 82.2 |
Yunanıstan | 1,548.6 | 136.4 | 88.1 |
Rumıniya | 1,286.0 | 112.5 | 87.5 |
Avstriya | 1,284.9 | 95.3 | 74.2 |
İrlandiya | 1,276.0 | 93.4 | 73.2 |
Vyetnam | 1,009.8 | 85.1 | 84.3 |
İndoneziya | 934.5 | 85.0 | 91.0 |
Portuqaliya | 677.6 | 62.9 | 92.8 |
Fransa | 605.4 | 52.7 | 87.0 |