27 C
Baku
Saturday, July 27, 2024

2023-də Azərbaycan xaricdən 148 milyon manatlıq ət alıb

2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ət idxalı dəyər ifadəsilə 2.9% artıb, miqdar ifadəsilə 6.4% azalıb

2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunmuşdur.

1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1890 dollardan 2080 dollara çatıb (190 dollar  artım).

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.50%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər