9 C
Baku
Friday, March 1, 2024

2024-cü ilədək Çin “Əşyalar interneti” üzrə ən böyük bazara çevriləcək

Çin 2024-cü ildə ABŞ-ı geridə qoyaraq dünyada “Əşyalar interneti” üzrə ən böyük bazar olacaq.

“International Data Corporation” tədqiqat agentliyinin məlumatına əsasən, 2024-cü ilədək Çinin “Əşyalar interneti”nə xərcləri təxminən 300 milyard dollara yaxınlaşacaq və yaxın 5 ildə ümumi orta illik artım tempi 13% səviyyəsində saxlanılacaq.

2024-cü ildə qlobal “Əşyalar interneti” xərclərinin 26,7%-i Çinin, 23,8%-i ABŞ və 23,4%-i Qərbi Avropanın payına düşəcək.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər