4 C
Baku
Tuesday, December 24, 2024

2024-cü ilə qədər TOGG Sedan hazırlanacaq

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un ilk ixracatı 2024-cü ildə Skandinaviya ölkələrinə ediləcək.

Bu barədə TOGG şirkətinin baş direktoru Gürcan Karakaş jurnalistlərə açıqlamasında deyib.

G.Karakaş onu da bildirib ki, 2024-cü ilə qədər TOGG Sedanın hazırlanması gözlənilir.

“Türkiyədə beş təcrübə, səkkiz mobil təcrübə mərkəzimiz və 27 xidmət nöqtəmiz var. Bu ilin sonuna qədər 650-yə yaxın enerji doldurma stansiyasının tikintisini tamamlayacağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər