9 C
Baku
Thursday, December 12, 2024

2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır

2024-cü ilədək Azərbaycanın bütün ərazisini internetlə təmin etmək planlaşdırılır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.

“Ölkənin bəzi bölgələrində genişzolaqlı internetə çıxış təmin olunub. Eyni zamanda internet olmayan rayonlarda internetin təmin olunması ilə bağlı işlər aparılır. Son bir ay ərzində Azərbaycanda 40 min yeni istifadəçi internetə qoşulub. İl ərzində 150 min evin internetə qoşulması, 2024-cü ilədək bütün ölkənin internetlə təmin edilməsi planlaşdırılır. Bütün bu işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində görüləcək”, – deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “müasir innovasiyaların” yaradılması “Azərbaycan 2030: milli prioritetlər” inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir.

“Ötən il telekommunikasiya sektorunda bir sıra problemlər aradan qaldırılıb və gələcək inkişaf üçün imkanlar yaradılıb. Ölkədə mobil operatorların fəaliyyətini tənzimləyən müvafiq baza yaradılıb. Bundan başqa, İKT sektorunda telekommunikasiya şirkətlərinin fəaliyyətini tənzimləyən orqan yaradılıb”, – R.Rüstəmov deyib.

Nazir müavini xatırladıb ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Bu, müvafiq sahələrdə kompleks islahatların aparılmasına böyük təkan verdi.

“Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərini diqqətdə saxlayıb, insanların rahatlığını tam təmin edəcək şəkildə infrastruktur qurulmasının vacibliyini vurğulayıb. Həmçinin, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına başlanıb. Bu istiqamətdə müxtəlif universitet və İKT mərkəzləri ilə əməkdaşlığın inkişafı planlaşdırılır”, – nazir müavini deyib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər