13 C
Baku
Friday, November 22, 2024

“2024-cü il “müharibə və qələbə ili” olacaq” – İsrailin müdafiə naziri

2024-cü il Qəzza zolağında hərbi əməliyyata rəhbərlik edən yəhudi dövləti üçün müharibə və qələbə ili olacaq.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qalant qeyd edib ki, Fələstin anklavında hərbi məqsədlərə nail olmaq üçün İsrail cəmiyyəti birləşməlidir.

“Kəmiyyət və keyfiyyət üstünlüyümüzü təmin etmək üçün xalqın və cəmiyyətin bütün təbəqələrini səfərbər etmək lazımdır. Yalnız bu yolla qələbəmizi və ölkəmizdə mövcudluğumuzu təmin edə bilərik”, – deyə nazir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər