24 C
Baku
Sunday, October 6, 2024

2024-cü ildə köçmək və distant işləmək üçün 10 ən əlverişli ölkə

“VisaGuide.World” adlı pulsuz onlayn viza bələdçisi 2024-cü ildə rəqəmsal köçərilər (uzaqdan işləmək üçün ölkədən gedənlər) üçün ən cəlbedici 10 ölkəni açıqlayıb. Ölkələrin bölgüsü rəqəmsal köçərinin həyat tərzinə birbaşa təsir edən müxtəlif amillər üzrə aparılıb. Onlar arasında aşağıdakılar var:

– aktiv vizanın olması;
– İnternet sürəti;
– vergi siyasəti və vergidən azad dövrün müddəti;
– viza müraciəti üçün gəlir tələbləri;
– qlobal sağlamlıq reytinqi (GHS);
– turizmin populyarlığı.

Portuqaliya illərdir uzaqdan işləyən əcnəbilər üçün məşhur yer olub, lakin bu dəfə “VisaGuide.World” siyahısında altıncı yeri tutub. Rəqəmsal köçərilər üçün ən verişli ölkə isə İspaniya olub. 2023-cü ildən etibarən iş vizası İspaniyada minimum əmək haqqının ən azı iki dəfə, yəni ayda 2.6 min avrodan çox gəlir əldə etmək şərti ilə insanlara bir ilədək ölkədə yaşamaq imkanı verir.

İlk onluğa həmçinin aşağıdakı ölkələr daxildir:

  1. İspaniya
  2. Argentina
  3. Rumıniya
  4. BƏƏ
  5. Xorvatiya
  6. Portuqaliya
  7. Uruqvay
  8. Malta
  9. Norveç
  10. Andorra

Oktyabr ayında Berlində yerləşən HR platforması “WorkMotion” dünyanın 85 şəhərinin məlumatlarını təhlil edib. Distant işçilər üçün ən cəlbedicişəhər Barselona seçilib.

Son xəbərlər
Digər xəbərlər