7 C
Baku
Thursday, January 16, 2025

2024-cü ildə ən böyük xalis mənfəət edən banklar – RENKİNQ

Azərbaycanda fəaliyyətdə olan 22 kommersiya bankı 2024-cü il üzrə mənfəət və zərər hesabatını açıqladı və hamısı xalis mənfəət əldə ediblər.

Banker.az xəbər verir ki, ümumi nəticələri bir yerdə hesabladıqda sektorun 1 milyard 73 milyon manata yaxın xalis mənfəət etdiyi məlum olub. Keçən il sektor 1 milyard 76.4 milyon manat xalis mənfəət əldə etmişdi.

Xalis mənfəət üzrə ən güclü performans ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) məxsusdur. Bank keçən ili 293.7 milyon manat xalis mənfəətlə bitirərək şəriksiz liderdir.

“PAŞA Bank”  210.5 milyon manatla ikinci, “Kapital Bank” 186.5 milyon manatla üçüncü, “Xalq Bank” 65.7 milyon manatla dördüncü, “AccessBank” isə 54.1 milyon manatla beşliyi qapadır.

Sistem əhəmiyyətli banklar ümumilikdə 807.1 milyon manat xalis mənfəət əldə edib ki, bu da ümumi sektorda 75 faiz paya sahib olmaq deməkdir.

renkinq

Son xəbərlər
Digər xəbərlər