19 C
Baku
Monday, April 7, 2025

2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar – TOP010

Son 5 ilin hər birində ölkəmizə ən çox birbaşa investisiya yönəldən ölkə Birləşmiş Krallıq olub. Qeyd edək ki, 2020-2024-cü illərdə Birləşmiş Krallıqdan ölkə iqtisadiyyatına 8 633 344 791 dollar (8,63 milyard $) birbaşa xarici investisiya cəlb olunub. İkinci sıranı 5 026 799 828 dollar (5,03 milyard $) ilə Türkiyə tutub. Üçüncü sırada isə digər türk dövləti olan Kipr yer alıb. Son 5 ildə Kiprdən ölkəmizə 2 909 175 095 dollar (2,91 milyard $) həcmində birbaşa xarici investisiya cəlb olunub. Ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 303 112 477 $) birbaşa xarici investisiya cəlb olunub ki, bu məbləğin 88,3%-i cədvəldə də göründüyü kimi 10 ölkənin payına düşür.

Banker.az bu barədə Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə istinadən xəbər verir.

Ötən ilin göstəricilərinə gəldikdə isə, 2024-cü ildə Krallıq ölkəmizə 1 748 821 566 dollar (1,75 milyard $) investisiya yatırıb ki, bu da həmin ildə cəlb olunan bütün birbaşa xarici investisiyaların 24,8%-ni təşkil edib.

Ötən il 1 219 014 750 dollar (1,22 milyard $) həcmində birbaşa investisiya ilə qardaş ölkə Türkiyə ikinci sırada yer alıb. 2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına yönləndirdiyi birbaşa investisiyanın həcmi ümumi birbaşa xarici investisiya həcminin 17,3%-ni təşkil edib.

Macarıstan 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 1 018 647 576 dollar (1,02 milyard $) birbaşa investisiya yönəltməklə üçüncü olub. Xatırladaq ki, Macarıstandan ölkəmizə yönləndirilən ən böyük birbaşa investisiya 2023-cü ildə 197 451 991 dollar (197,5 milyon $) həcmində olmuşdu.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların əsas hissəsi – 90,2%-i son 5 ilin göstəricilərində qeyd olunan 10 ölkənin payına düşüb. Bu ölkələrin Azərbaycana yönləndirdiyi birbaşa investisiyanın həcmi  6 357 273 092 dollar (6,36 milyard $) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər