“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”.
Bu barədə “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev bildirib.
Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir:
“Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırılır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bölgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var.
Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiber-optik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə də, həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək”.