2024-cü ildə dünya üzrə aviaşirkətlər sərnişin dövriyyəsini 10,4% artıraraq rekord həddə çatdırıblar.
Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə bu göstərici 3,8% artıb.
Təyyarələrin doluluq nisbətləri bir il əvvəl 82,2%-lə müqayisədə 83,5%-ə yüksəlib ki, bu da rekord göstəricidir.
Ötən il aviaşirkətlər beynəlxalq reyslərdə sərnişin dövriyyəsini 2023-cü illə müqayisədə 13,6%, daxili reyslər üzrə isə 5,7% artırıb.
“2024-cü il insanların səyahət etmək istədiklərini çox aydın şəkildə göstərdi, həm daxili, həm də beynəlxalq marşrutlarda səyahətlərin sayı rekord səviyyəyə çatdı”, – IATA-nın baş direktoru Uilli Uolş bildirib.