6 C
Baku
Sunday, December 15, 2024

2024-cü ildə dünyada IT xərcləri 5 trln. dolları keçəcək

2024-cü ildə informasiya texnologiyalarına qlobal xərclər 5.06 trilyon dolları keçəcək. Bu barədə “Gartner” tədqiqat şirkəti məlumat yeyib.

Ötən il qlobal IT xərcləri 3.8% artaraq təxminən 4,7 trilyon dollar təşkil edib. Ekspertlərin fikrincə, bu il belə xərclər 8% artaraq 5.06 trilyon dollara çatacaq.

Ən böyük payın 1.6 trilyon dollar məbləğində rabitə xidmətlərinə xərclənəcəyi gözlənilir. İkinci yerdə xərcləri 1,5 trilyon dollar təşkil edəcək IT xidmətləridir. Üçüncü yerdə 1 trilyon dollardan çox xərclə proqram təminatıdır. İnformasiya texnologiyaları cihazlarına qlobal xərclər 688 milyard dollara qədər artacaq. Məlumat mərkəzlərinə edilən xərclər 260 milyard dollar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər