10 C
Baku
Thursday, December 12, 2024

2024-cü ildə milyarderlər arasında ən çox pul itirən Bernar Arno olub – $20 milyard

Lüks mallar konqlomeratı LVMH-nin qurucusu Bernar Arnonun sərvəti 2024-cü ilin birinci yarısında 20 milyard dollar azalıb. “Bloomberg” xəbər verir ki, bu, dünyanın ən varlı adamları arasında ən böyük kapital itkisidir.

Arnonun sərvətinin azalması dəbdəbəli mallara tələbatın azaldığı Çində iqtisadi problemlərlə bağlıdır. LVMH-nin Çinin də daxil olduğu Asiya regionunda satışları 2024-cü ilin ikinci rübündə 14% azalıb.

Çində satışların azalması digər lüks brend sahiblərinə də təsir edib. “Burberry Group”, “Cartier Richemont” və “Kering SA” mənfəətlərinin azaldığını elan ediblər.

Agentlik digər “uduzanlar” arasında ilin birinci yarısında 18 milyard dollar itirmiş çinli milyarder Zhong Shanshanın da adını çəkir.

İlon Mask bu həftə məyusedici rüblük hesabat dərc etdikdən sonra “Tesla”nın kapitallaşmasında 21 milyard dollar itirməsinə baxmayaraq, 2024-cü ildə şəxsi sərvətini 5% artırmağı bacarıb. Mask 240.5 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər