10 C
Baku
Thursday, January 30, 2025

2024-cü ildə smartfon istifadəçiləri çat-botlara $1.4 mlrd. xərcləyiblər

Son iki il ərzində süni intellektə (AI) malik mobil tətbiqlərdən əldə edilən aylıq gəlir 37 dəfə artıb. Araşdırma göstərir ki, smartfon istifadəçiləri çat-botlara 1.4 milyard dollar xərcləyiblər. 2025-ci ildə bu cür tətbiqlərə istehlak xərclərinin 2 milyard dolları keçəcəyi gözlənilir.

Geniş fərqlə yükləmələr baxımından bazarın lideri “OpenAI”nin “ChatGPT” çat-botudur. Smartfon istifadəçiləri bu tətbiqə 529 milyon dollar xərcləyiblər. Bu ilin iyul ayından “ChatGPT”nin aylıq gəliri bütün digər populyar köməkçi proqramların ümumi gəlirini üstələyib.

Çat-botlar ən populyar AI tətbiqləri olaraq qalır. Son iki il ərzində ağıllı köməkçilər yükləmə reytinqində ilk on yerdən səkkizi tutub. Süni intellekt tətbiqlərinin əksər istifadəçiləri 18-24 yaş arası gənclərdir. Eyni zamanda, bu cür tətbiqlərə qlobal xərclərin 64%-i ABŞ-nin payına düşür.

Son xəbərlər
Digər xəbərlər