Dünyaca məşhur “Euromonitor International” tədqiqat təşkilatı 2024-cü ilin ən çox ziyarət edilən şəhərlərini açıqlayıb.
Siyahıda qaddaş Türkiyənin şəhərləri də yer alıb.
2024-cü ilin ən çox ziyarət olunan şəhərləri:
1- Banqkok 2023-2024 mövsümündə yüzdə 37 artımla beynəlxalq uçuşlar baxımından dünyanın ən populyar istiqaməti olub.
2- İstanbul turistlərin ən çox seçdiyi ikinci şəhər olmaqla böyük uğur əldə edib.
3- Avropanın favoriti London beynəlxalq uçuşlardakı müvəffəqiyyəti ilə 3-cü sırada yer alıb.
4- Asiyadan olan Honq Konq, uçuş nömrələrində yüzdə 19 artımla 4-cü yerdə qərarlaşıb.
5- İslam dünyasının müqəddəs şəhəri Məkkə yüzdə 20 artımla siyahıda 5-ci yerdə qərarlaşıb.
6- Yay turizminin vazkeçilməz ünvanlarından biri olan Antalya, beynəlxalq uçuşlarda güclü artımı ilə 6-cı sırada yer alıb.