28 C
Baku
Saturday, July 13, 2024

2024-cü ilin I rübündə Azərbaycana ən iri investisiya yatıran ölkələr açıqlandı [siyahı]

Azərbaycan iqtisadiyyatına 2024-cü ilin ilk rübündə  1 milyard 508.52 ABŞ dolları həcmində xaricdən birbaşa investisiyalar cəlb edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.

Tədiyə balansındakı göstəriciyə əsasən, cari ilin ilk rübü öncəki ildən 7.05 mln və ya 0.5% çoxdur. Lakin ölkənin əsas investorları sayılan Böyük Britaniya və Türkiyənin payı 2024-cü ilin ilk rübündə düşüb. Böyük Britaniya cari ilin ilk rübündə ölkə iqtisadiyyatına 443.22 mln. dollar investisiya qoyaraq həcmi 5% azaldarkən, Türkiyə 261.41 mln. dollar qoymaqla illik 10% azaldıb.

Bununla belə, ölkə iqtisadiyyatına yeni investorlar cəlb edilib. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri ötən rüb ölkə iqtisadiyyatına 190.69 mln. dollar qoymaqla öncəki ili 3 dəfədən çox üstələyir və əlavə olaraq ölkənin dördüncü ən iri investor payında İranı əvəzləyib. İran ötən il Azərbaycan iqtisadiyyatına 100.56 mln. dollar sərmayə yatırarkən, cari ildə bu rəqəm 6% azalaraq 94.84 mln. dollara düşüb.

Siyahıda yeni ölkələr Filippin, Braziliya, Cənubi Koreya, Əlcəzair və Maltadır.

989898 2

Son xəbərlər
Digər xəbərlər