9 C
Baku
Monday, November 4, 2024

2024-cü ilin ilk 3 rübündə xalis mənfəət edən bankların RENKİNQİ

Azərbaycan 2024-cü ilin ilk 9 ayı ərzində bank sektorunun bütün üzvləri xalis mənfəət əldə etdiklərini açıqladılar.

Banker.az-ın bankların hesabatları üzrə apardığı hesablamaya əsasən, sektor ilk doqquz ayda 858 milyon manat xalis mənfəət əldə edib. Mərkəzi Bankın statistikasına əsasən, 2023-cü ildə isə sektor 833 mln. manat xalis mənfəət əldə etmişdi. Bu da illik xalis mənfəətin 3% artımı deməkdir.

Ən böyük xalis mənfəəti ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) edib. Dövlət bankının xalis mənfəəti 235.09 mln. manat olub.

İkinci ən iri xalis mənfəət isə “Kapital Bank” ASC tərəfindən generasiya edilib. Ən iri özəl bank ilin ilk üç rübü 166.07 mln. manat xalis mənfəət əldə edib.

Üçüncü sırada “PAŞA Bank” ASC (146.78 mln. manat), dördüncü ASC “Xalq” Bankı (54.05 mln.), beşinci sırada isə “AccessBank” QSC-dir (41.45 mln. manat).

23432432 1

Son xəbərlər
Digər xəbərlər