7 C
Baku
Saturday, April 19, 2025

2024-cü ilin ilk rübündə ölkənin ticarət balansında $723 mln. qalıq yaranıb

2025-ci ilin mart ayında Azərbaycandan xaricə ixrac olunan  məhsulların həcmi azalıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, mart ayında 1.619 mlrd. dollarlıq məhsul ixrac edilib və bu da son bir ayda 6%, illik isə 34 faiz artıb.

İdxal ilə ixrac arasındakı fərq cüzi olduğundan 94.18 mln. dollar müsbət saldo olub.

Ümumilikdə ilin ilk rübündə xaricə 6.386 mlrd. dollar olmaqla illik 7% artıb. Bununla belə, idxalın həcmi isə daha kəskin 53% artıb. Bu da ümumilikdə cari əməliyyatların əsas hissəsini təşkil edən xariclə ticarət balansındakı qalıq 722.92 mln. dollar olub. Halbuki, keçən ilin eyni dövründə bu rəqəm 2.273 mlrd. dollar olub.

Cari ilin 1-ci rübündə xaricə ixrac olunan məhsulların 87.91%-i neft-qaz məhsulları (2024, I rüb: 88.74%) olub. Bildirilir ki, hesabat dövründə 6.01 min ton və ya 3.337 mlrd. dollarlıq xam neft, 5.9 mlrd. kub-m və ya 2.206 mlrd. dollarlıq təbii qaz satılıb. Xam neftdən valyuta axını 4% azalarkən, təbii qazdan isə 26% artıb.2324332423423

Son xəbərlər
Digər xəbərlər