9 C
Baku
Tuesday, December 24, 2024

2024-cü ilin ilk üç rübündə aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQ

Azərbaycanda banklar 2024-cü ilin ilk üç rübündə 829.6 milyon manat xalis mənfəət əldə etdiklərini və cəmi aktivlərinin 50 milyard 840.8 milyon manata çatdığını açıqladılar.

Banker.az-ın hesablamasına əsasən, bankların aktivlərinin mənfəətlilik (RoA) əmsalı 1.63 bənd təşkil edib. RoA dedikdə bankların xalis mənfəətinin cəmi aktivlərə olan nisbəti başa düşülür.

Bank aktivləri son bir ildə yüksək artım göstərsə də, xalis mənfəətdəki dinamika bir qədər zəifdir. Bu səbəbdən də bankların keçən il RoA əmsalı 1.83 bənd idi.

Cari ilin ilk üç rübündə ən yuxarı göstərici Bank Milli İranın Bakı filialında qeydə alınıb – 4.25%. İkinci “Yelo Bank” ASC-də (2.98%), üçüncü isə “AccessBank” QSC-də (2.83%) qeydə alınıb.

345

3243423423424

Son xəbərlər
Digər xəbərlər