12 C
Baku
Friday, January 10, 2025

2024-cü ilin on bir ayında 2.4 mln. əcnəbi 3.1 mlrd. manat xərc çəkib – Turistlərin sayı kəskin artır

Keçən il Azərbaycana Turizm məqsədi ilə gələn turistlərin payı öncəki ili xeyli üstələyir və həmin şəxslərin ölkədə çəkdiyi xərclərin həcmi illik müqayisədə 43 faiz artıb.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk 11 ayında Azərbaycana ümumilikdə 2 milyon 412 min əcnəbi vətəndaş səfərə gəlib və bunun da 1 milyon 709 min  nəfəri sırf turizm məqsədi ilə səfər edən xarici vətəndaşlardır. Ölkəyə gələn xarici vətəndaşların sayə 27 faiz yüksəlib.

2023-cü ildə ölkəyə 1 milyon 895 min əcnəbi vətəndaş səfərə gəlmişdi və bunlardan 1 milyon 277 min nəfəri  turizm məqsədi ilə gələnlər idi. Bu barədə dövlət Statistika Komitəsi məlumat yaymışdı. Bununla da turizm məqsədi ilə gələn vətəndaşların payı son bir ildə 67 faizdən 71 faizə qədər yüksəlib.

Azərbaycana ən çox gələn vətəndaşlar Rusiya Federasiyası, Türkiyə, Hindistan, İran və  Gürcüstandan gəlib.

53454343534

Ölkəyə gələn turistlərin çəkdiyi xərclərin həcmi 3 milyard 137.07 milyon manat (1 milyard 845 milyon dollar) olmaqla öncəki ili 43 faiz üstələmiş olub. Siyahıya Rusiya liderlik etsə də, ən yüksək dinamika Hindistandan müşahidə edilməkdədir. Bu ölkədən Azərbaycana gələn turistləri 461.8 milyon manat xərc çəkiblər.

Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən digər rəqəmə əsasən isə Azərbaycana gələn xarici vətəndaşlar 2024-cü ilin yanvar-noyabr ayları ərzində bank kartları ilə 2 milyard 500.8 milyon manatlıq və ya  1 milyard 471.06 milyon dollar əməliyyatlar aparıblar. 2023-cvü ilin eyni dövründə qeydə alınmış  1 milyard 820.5 milyon manatla müqayisədə 680.31 milyon manat və ya 37 faiz artımdır.

21121

Son xəbərlər
Digər xəbərlər