20 C
Baku
Sunday, May 26, 2024

2024-cü ilin qazanclı investisiyaları – Hansı daha etibarlıdır?

2024-cü il üçün ən sərfəli investisiya variantları qızıl və Amerika dolları olacaq.

Banker.az “Lenta.ru”a istinadən xəbər verir ki, bunu Rusiyalı maliyyə eksperti, iqtisad elmləri namizədi Vladimir Qriqoryev deyib .

O bildirib ki, “Qlobal maliyyə bazarları sarsılsa da, dollar etibarlı bir investisiya olaraq qalır. Xüsusilə nağd dollar. Bu valyutaya qoyulan investisiyalar yaxın gələcəkdə uğursuz olmayacaq.

Əlbəttə ki, bazarların dəyişkənliyi və qeyri-sabitliyi səbəbindən qızılın qiyməti də artacaq” – Qriqoryev bildirib.

Həmçinin Vladimir Qriqoryev qeyd edib ki, indi bank əmanətləri də olduqca yüksək gəlirli görünür.

“Çünki adətən qış tətili ərəfəsində maliyyə təşkilatları depozitlər üzrə faizləri artırır. Bu səbəbdən çox mühafizəkar insanlar üçün bank əmanətləri daha sərfəli olacaq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər