14 C
Baku
Saturday, November 16, 2024

2025-ci ilə qədər “Moskviç” zavodu elektromobil istehsalına başlayacaq

2025-ci ilə qədər “Moskviç” zavodu elektromobil istehsalına başlayacaq.

Avtomobil öz platformasında istehsal olunacaq.

“Biz Rusiyada işlənib hazırlanmış, öz akkumulyatoruna malik olan öz modelimizə sahib olmağı planlaşdırırıq – təkcə özümüz tərəfindən yığılmayıb, həm də Rusiya istehsalının əsas elementləri ilə… Avtomobildə Rusiya elektrik mühərriki və şassi olacaq”, – deyə Moskva merinin nəqliyyat üzrə müavini Maksim Liksutov bildirib.

Liksutovun sözlərinə görə, “Moskviç” zavodunun texnoloji tərəfdaşı “KamAZ” ciddi mühəndislik potensialına, bilik və bacarıqlarına malikdir.

Hazırda “Moskviç” brendi xəttində yalnız bir model var – benzinli daxili yanma mühərrikli “Moskviç 3” krossoveri və “Moskviş 3e” elektrik avtomobili. Cari ildə Moskviç 6 sedanının və adı açıqlanmayan krossoverin debütü planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər