2025-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri və xərcləri artırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin dekabrın 16-da keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 min manat, xərcləri 41 milyard 367 min 600 manat həddində müəyyən olunub:
“2025-ci ilin büdcəsi dövlətin siyasi, iqtisadi, hərbi gücünü nümayiş etdirməklə qarşıya qoyulan prioritetlərin həlli üçün maliyyə imkanları yaradır”.