Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 14 mlrd. 481 mln. manat nəzərdə tutulub.
Bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu isə 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfertin həcmindən 13,3% və ya 1,7 mlrd. manat çoxdur.
Qeyd edək ki, bu il üzrə Fonddan dövlət büdcəsinə transfert 12 mlrd. 781 mln. manat müəyyən edilib.