2025-ci ildə Azərbaycanda həyat sığortası şirkətlərinin ümumi xalis mənfəəti 78.8 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 2% azalma deməkdir.
Banker.az xəbər verir ki, ötən il sektor üzrə xalis mənfəət 80.7 milyon manat olmuşdu.
Bazarın lideri “PAŞA Həyat Sığorta” 53.4 milyon manat xalis mənfəət əldə edib.







