18 C
Baku
Friday, November 14, 2025

2025-ci ildə ən güclü ordusu olan 20 ölkə — Azərbaycan neçənci yerdədir?

“Global Firepower” reytinqinin tərtibatçıları 2025-ci ildə ən güclü ordusu olan ölkələri açıqlayıb, bu barədə “The Bussiness Insider” (BI) yazıb. Qiymətləndirmə zamanı bir neçə amil nəzərə alınır, onlar sırasında ölkənin sahib olduğu hərbi texnikanın sayı, hərbi büdcəsi, o cümlədən neft və kömür kimi təbii resurslara çıxışı var. Qeyd edək ki, ölkələrin nüvə silahına sahib olub-olmaması qiymətləndirmədə nəzərə alınmır.

“Global Firepower” hesablamaların aparılması üçün istifadə etdiyi formulunu açıqlamır, lakin “ideal” göstəricinin 0,0000 olduğunu bildirir. Reytinqə əlavə edilmiş qeyddə bildirilir ki, indiyədək heç bir ölkə belə nəticəyə nail ola bilməyib. Ümumilikdə, 2025-ci ildə 145 ölkənin ordusu qiymətləndirilib.

Reytinqə əsasən, dünyanın ən güclü ordusu ABŞ-dədir (0.0744), ikinci yerdə Rusiya  (0.0788), üçüncü yerdə isə Çin (0.0788) dayanır. İlk beşliyi Hindistan (0.1184), Cənubi Koreya (0.1656) və Böyük Britaniya (0.1785) tamamlayır.

Top 10-luğa həmçinin Fransa (0.1878), Yaponiya (0.1839), Türkiyə (0.1902) və İtaliya (0.2164) daxildir. Dünyanın 20 ən güclü ordusu reytinqində yer alan digər ölkələr isə aşağıdakılardır:

Braziliya (0.2415), Pakistan (0.2513), İndoneziya (0.2557), Almaniya (0.2601), İsrail (0.2661), İran (0.3048), İspaniya (0.3242), Avstraliya (0.3298), Misir (0.3427) və Ukrayna (0.3755).

Azərbaycan reytinqdə 60-cı, Ermənistan 91-ci, Qazaxıstan 57-ci, Gürcüstan isə 94-cü sırada yer alıb.

Son xəbərlər
Digər xəbərlər