8 C
Baku
Monday, November 18, 2024

2025-ci ildə Bakının qəsəbəsində “Hell Energy” zavodu istifadəyə veriləcək

Macarıstanın “Hell Energy” şirkəti 2025-ci ildə Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodunu istifadəyə verməyi planlaşdırır.

“2025-ci ildə açılacaq zavodda (Azərbaycanda – İF) illik 700-800 milyon ədəd alüminium içki qutuları istehsal edəcək (və onların doldurulması)”, – deyə “Daily News Hungary” nəşrinin məlumatında bildirilir.

Nəşr Macarıstan hökumətinin məlumatlarına istinadən qeyd edir ki, zavodda istehsal olunan alüminium bankların təxminən yarısı yerli və regional içkilər üçün nəzərdə tutulacaq.

Bundan əlavə, Macarıstanda və bir sıra digər ölkələrdə bazarda lider olan “Hell Energy” şirkəti zavoddan öz yerli və regional bazarlarına xidmət göstərmək üçün istifadə edəcək.

Xəbər verildiyi kimi, iyulun 10-da “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə Macarıstanın “Hell Energy” şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.

Dəyəri $211 milyon həcmində qiymətləndirilən layihə Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun inşasını nəzərdə tutur. Ələt Azad İqtisadi Zonasında (Bakının Qaradağ rayonu) inşası nəzərdə tutulan zavodda ilk mərhələdə illik 415 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Növbəti mərhələdə istehsal həcmi illik 700 milyon içki qutusuna qədər çatdırılacaq.

Layihənin icrası 300-dən çox iş yeri yaratmağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər