2025-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsi profisitlə icra olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumat yayıb.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 131.2 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 5.3% artım deməkdir.
Eyni dövrdə dövlət büdcəsinin xərcləri 38 milyard 603.6 milyon manat olub ki, bu da illik müqayisədə 2.4% artım göstərir.
Nəticədə, 2025-ci il üzrə dövlət büdcəsində 527.6 milyon manat profisit yaranıb. Bu, noyabr ayına qədər 4 milyard 210.9 milyon manat idi.
Xatırladaq ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunda 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon manat olacağı proqnoz edilmişdi.






