15 C
Baku
Friday, November 14, 2025

2025-ci ildə dünya ölkələrində hava limanlarının sayı — Top 10-luq

Hava nəqliyyatı qlobal əlaqədə əsas rol oynayır və qitələr arasında ticarəti, turizmi və mədəni mübadiləni təmin edir. “Visual Capitalist” nəşri hava limanlarının sayına görə dünya ölkələrinin reytinqini dərc edib. Məlumatlar The World Factbook-dan götürülüb.

ABŞ böyük fərqlə liderdir. Ölkənin geniş ərazisi, müxtəlif landşaftları və regional hava daşımalarının uzun tarixi burada təsirli sayda hava limanının (16 116) olmasını izah edir. Kiçik yerli uçuş-enmə zolaqlarından tutmuş iri beynəlxalq hava qovşaqlarına qədər — ABŞ-də onların sayı ikinci yerdə olan Braziliyadan (5 297) üç dəfə çoxdur.

image 2025 11 14T094248.201

Çində isə maraqlı vəziyyət formalaşıb. Ölkənin nəhəng əhalisini və böyük ərazisini nəzərə alsaq, hava limanlarının sayı (552) kifayət qədər az görünür. Bu, çox güman ki, Çinin sürətli dəmir yolu xətlərinə verdiyi üstünlüklə bağlıdır. 2024-cü ilə olan vəziyyətə görə, ölkənin yüksək sürətli dəmir yolu şəbəkəsi 45 000 kilometrə çatıb. Bu xətlər çoxsaylı regional və şəhərlərarası marşrutlara xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, Çinin əhalisi əsasən şərq əyalətlərində cəmləşib, ABŞ və Braziliyada isə əhali ərazi üzrə daha bərabər paylanıb.

İlk beşliyi Avstraliya (2 257), Meksika (1 580) və Kanada (1 459) tamamlayır, Top 10-luğa isə Fransa (1 218), Böyük Britaniya (1 057), Almaniya (840) və Argentina (764) daxildir.

Reytinqdə Rusiya 8-ci (905), Ukrayna 35-ci (152), Qazaxıstan 38-ci (132), Türkiyə 46-ci (116), Azərbaycan isə 118-ci (32) yerdə qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər