19 C
Baku
Wednesday, November 12, 2025

2025-ci ildə dünya üzrə $150 trilyonluq qlobal borcun ölkələr üzrə bölgüsü — Siyahı

“Visual Capitalist” 2025-ci ilin birinci rübündə dünya üzrə 150 trilyon dollarlıq dövlət və korporativ borcun ölkələr üzrə bölgüsü açıqlayıb. Təkcə ABŞ-nin payına 58,8 trilyon dollar düşür ki, bu da növbəti beş ən böyük borcalanın ümumi borc məbləğindən daha çoxdur. Bu məbləğin əsas hissəsi federal hökumətə məxsusdur (54%).

İlk üçlüyə həmçinin Çin (26,1 trilyon dollar) və Yaponiya (11,1 trilyon dollar) daxildir. Dördüncü və beşinci sıralarda müvafiq olaraq Fransa (6,5 trilyon dollar) və Böyük Britaniya (6,3 trilyon ollar) dayanır. Ümumilikdə Avropanın payı ABŞ və Çin borcundan daha azdır.

Belə bir konsentrasiya həm Amerika borcunun qlobal maliyyə sistemindəki mərkəzi rolunu, həm də dünya iqtisadiyyatının əsasını təşkil edən maliyyə və fiskal levericin miqyasını vurğulayır. Lakin ən əsası, bu vəziyyət yüksək faiz dərəcələrinin qorunub saxlanması və ya iqtisadi artımın ləngiməsi halında ABŞ və dünya maliyyə sisteminin dayanıqlılığını sual altına qoyur.

image 2025 11 12T140535.027

Son xəbərlər
Digər xəbərlər