“Interbrand” konsaltinq şirkəti hər il dünyanın ən yaxşı brendlərinin reytinqini tərtib edir. Siyahı şirkətin apardığı tədqiqatın nəticələrinə əsaslanır — bu tədqiqat brendlərin maliyyə göstəricilərini, alıcıların qərarvermə prosesində brendin rolunu və rəqabət qabiliyyətini əhatə edir.
Dünyanın ən yaxşı brendlərinin ümumi dəyəri bu il 3,6 trilyon dollar təşkil edib ki, bu da 2024-cü ildəki 3,4 trilyon dollardan 4,4% çoxdur. Siyahıya beş texnologiya şirkəti başçılıq edir, ötən ilin üç lideri isə hələ də dominant mövqeyini qoruyub saxlayır.
“Interbrand” rekord sayda yeni iştirakçıların siyahıya daxil olduğunu bildirib. Çip istehsalçısı “Nvidia” (siyahıda 15-ci yerdədir) siyahının 26 illik tarixində brend dəyərinin ən böyük artımını göstərib, “Instagram” isə ilk dəfə ilk onluğa daxil olub.
Bu, dövrlərin sürətlə dəyişdiyinin göstəricisidir.
“Interbrand” şirkətinin qlobal brend iqtisadiyyatı direktoru Qreq Silverman bildirib ki, onun proqnozlarına görə, “YouTube” (siyahıda 13-cü yerdədir) və “Nvidia” növbəti il ilk onluğa daxil ola bilər.
Lüks brendlərə gəldikdə isə, “Hermès” 18%-lik artımla digər şirkətləri geridə qoyub. “Louis Vuitton”, “Gucci” və “Chanel” siyahının sonlarında yer alıb. “Interbrand” pandemiyadan sonrakı qiymət artımını orta təbəqədən olan potensial alıcılar üçün əsas maneə adlandırıb.
2025-ci ildə dünyanın ən yaxşı 10 brendi aşağıdakılardır:
- Apple
- Microsoft
- Amazon
- Samsung
- Toyota
- Coca-Cola
- McDonald’s
- Mercedes-Benz