2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4569,5 min olub.
Banker.az DSK-ya istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 58,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,1 faizi Naftalanda, 5,0 faizi Xaçmazda, 3,7 faizi Qəbələdə, 3,2 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,2 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Gəncədə, 1,1 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,1 faizi Qaxda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında və 6,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 faiz artaraq 2614,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 57,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faizi Rusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi Səudiyyə Ərəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi Böyük Britaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1955,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,8 faizini təşkil edir.
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 faiz azalaraq 653,0 milyon manat olmuşdur ki, onun da 61,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,2 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olmuşdur (2024-cü ildə 24,0 faiz). Bu göstərici Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olmuşdur.







